EKVİTA ÖZBƏKİSTANDA ASİYA İNKİŞAF BANKININ BEYNƏLXALQ TENDERİNDƏ QALİB ELAN EDİLDİ!


EKVİTA Özbəkistanda Asiya İnkişaf Bankının (AİB) “Mərkəzi və Qərbi Asiyada Gender-İnklüziv Layihələrinin Hazırlanması və İcrası” adlı layihə üzrə beynəlxalq tenderində qalib elan edildi! Tender AİB-nın beynəlxalq satınalma portalı vasitəsilə keçirilmiş və AİB-nın baş qərargahı Manila şəhərində qiymətləndirilmişdir. EKVİTA topladığı ən yüksək texniki bala görə Çin, Hindistan və Yeni Zelandiyadan olan xarici şirkətlər arasından qalib seçilmişdir. Beləliklə EKVİTA, xaricə çıxış əldə edən Azərbaycanın ilk konsaltinq şirkəti oldu.

Bu Texniki Yardım (istinad nömrəsi: TA 6693-REG) layihəsinin məqsədi Özbəkistanın əsas dövlət agentlikləri, təhsil müəssisələri və biznes assosiasiyaları ilə sıx işləyərək STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) və TVET (texniki və peşə təhsili və təlimi) üzrə təlim materiallarının qiymətləndirilməsidir. Layihə Özbəkistanın Xivə, Urgənc və Buxara regionalarındakı qadınların elm, texnologiya, mühəndislik və riyaziyyat sahələrində, həmçinin dəmiryolu və turizm sektorundakı iş yerlərinə yiyələnmək üçün qarşılaşdıqları çağırışları və maneələri müəyyən edəcək.

Bu qiymətləndirmənin nəticəsi olaraq, EKVİTA bütün maraqlı tərəflər üçün tövsiyələr hazırlayaraq təlim planı təşkil edəcək və bacarıqların inkişafı planı hazırlayacaq. Bu işlərin icrasında EKVİTA həm beynəlxalq, həm də Azərbaycan və Özbəkistan ekspertlərinin bacarığına əsaslanacaq.

08 Dek, 2021