Xəbərlər
Vakansiya: İR / PKS ÜZRƏ KİÇİK MÜTƏXƏSSİS

EKVITA hal-hazırda iş analizi apararaq milli peşə və kvalifikasiya standartlarının hazırlanması üçün İnsan resursları / PKS üzrə kiçik mütəxəssis vəzifəsinə işçi axtarışındadır.
Vəzifə və Öhdəliklər:
1. İş analizinin aparılması.
2. Müxtəlif sahələr üzrə milli peşə və kvalifikasiya standartları layihələrinin hazırlanması.
3. Peşə sahibinə tələb olunan bilik və bacarıqlar barədə məlumatların müvafiq mütəxəssis və ekspertlərdən toplanması.
4. Peşələrin beynəlxalq mənbələr vasitəsilə araşdırılması.
5. Hazırlanmış milli peşə və kvalifikasiya standartlarının müvafiq beynəlxalq standartlarla uyğunlaşdırılması (ISCO 08 və s.).
6. İşəgötürən tərəfindən qanunamüvafiq tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
1. Bakalavr və ya daha yüksək ixtisas dərəcəsi (əsasən İnsan resurslarının idarə edilməsi, Menecment, Biznesin idarə edilməsi, Layihələrin idarə edilməsi sahələrində).
2. Azərbaycan dilini mükəmməl bilmək və rəsmi dilin yazı normalarına riayət etmək bacarığı (fonetik, leksik və qrammatik qaydalar).
3. İngilis və ən azı bir başqa dili (Türk, rus və s.) peşəkar səviyyədə bilmək.
4. Microsoft Word, Microsoft Powerpoint və Microsoft Excel proqramlarından peşəkar istifadə bacarığı.
5. Güclü təqdimat və inandırıcılıq bacarığı.
6. Güclü şifahi və yazılı ünsiyyət bacarığı.
7. Effektiv komanda işi bacarığı.
8. Vaxtın səmərəli idarə edilməsi və planlama bacarığı.
Maraqlanan namizədlərin öz CV-lərini “HR / OQS Junior Specialist” başlığı altında hr@ekvita.com ünvanına göndərmələri xahiş olunur.
CV-lərin qəbulu üçün son tarix: 15/11/2021