Xəbərlər
Vakansiya: Hüquq Menecerİ
.png)
EKVİTA Hüquq Meneceri axtarışındadır!
Əsas Vəzifələr
- Hüquqşünas köməkçisi (təcrübəçilər), kiçik hüquqşünaslar, hüquqşünaslar və baş hüquqşünasların işinə nəzarət etmək və onları düzgün yönləndirmək
- Müştəri sorğularını vaxtında cavablandırmaq və yönləndirmək (icra üçün işçilərə tapşırıqlar vermək)
- Müştəri idarəçiliyi (gündəlik izləmə, müştərilərlə görüşlər və s.)
- Tamamlanmış işlər və nəticələri nəzərdən keçirmək
- Hərtərəfli hüquqi araşdırmalar aparmaq və hüquqi rəylər hazırlamaq
- Hüquqi məsələlər üzrə ad hoc təqdimatlar keçirmək
- Ehtiyac olduqda, dyu-dilicens təşkil etmək, əmək, rüşvət və korrupsiya əleyhinə və digər yoxlamaları keçirmək
- Korporativ yenidənqurma, təşkilati məsələlərlə bağlı məsləhətlər vermək
- Layihələri sərbəst idarə etmək
- Yeni işçiləri təlimatlandırmaq
- Menecment və işçi heyəti ilə yaxın peşəkar əlaqələr qurmaq və bu cür əlaqə və münasibətləri inkişaf etdirmək
- Məhkəmə mübahisələrini nəzarətdə saxlamaq və ehtiyac olduqda, məhkəmə proseslərində iştirak etmək
- Əsas müqavilələri hazırlamaq, nəzərdən keçirmək və razılaşdırmaq
- Mürəkkəb kommersiya və hüquqi ssenariləri sadə dilə çevirmək və hərəkət planı hazırlamaq
- Ehtiyac olduqda, dövlət orqanları ilə əlaqələr yaratmaq
Əsas keyfiyyətlər və təcrübə
- Magistr təhsilinin olması şərtdir.
- İdeal namizədin xarici universitetlərdən (İngiltərə və ya Amerikan universitetləri) bakalavr və ya magistr dərəcəsi olmalıdır;
- Hüquq şirkətində 7-10 il idarəetmə təcrübəsi;
Ünsiyyət bacarığı
- Effektiv dinləyici – diqqətlə dinləmək və verilən bütün təlimatları anlamaq bacarığı;
- Mükəmməl yazı və səlis şifahi ünsiyyət bacarıqları – fikri qısa, açıq və ardıcıl ifadə etmək bacarığı.
Analitik bacarıq
- Güclü analitik bacarıqlar; istənilən əməliyyat zamanı hüquqi məsələləri və riskləri müəyyən etmək bacarığı
- Müstəqil qərar qəbul etmək bacarığı və təcrübəsi
Əsas bacarıq və səriştələr
- Düzgün davranış qaydalarına sahib, iddialı, lakin real gözləntiləri olan şəxs
- Yüksək etik və peşəkar standartlar
- Gərgin son təslim tarixlərinin öhdəsindən gəlmək və zərurət olduqda çox çalışmaq
- Azərbaycan və İngilis dillərini mükəmməl bilmək (yazılı və şifahi); Rus dili biliyinin olması üstünlükdür
- Kompüterlə effektiv işləmə bacarığı
- Nəzarət olmadan işi planlaşdırmaq və təşkil etmək bacarığı
- Komanda ilə işləmək bacarığı, əməkdaşlara hörmət etməli və onları dəstəkləməli
- Müştərilərlə birbaşa işləmək bacarığı
Əmək haqqı və digər faydalar
- Uyğun namizədə bacarıq və təcrübəsi əsasında rəqabətə davamlı əmək haqqı təklif ediləcək.
- Nüfuzlu sığorta şirkətində tibbi sığorta ilə təmin ediləcək.
- İllik hesabat vaxtından asılı olaraq bonuslar təklif oluna bilər (müzakirə ediləcək və razılaşdırılacaq).
- Həm yerli, həm də xarici treyninq imkanları yaradılır.
- Hüquq təhsilinin maliyyələşdirilməsinə kömək məqsədilə faizsiz uzunmüddətli kreditlər verilə bilər (müzakirə ediləcək və razılaşdırılacaq).
Son müraciət tarixi: 30.10.2021
İddialı şəxslər CV-lərini hr@ekvita.com email ünvanına “Hüquq Meneceri” başlığı ilə göndərə bilər.
13 Okt, 2021