VAKANSİYA : BAŞ HÜQUQŞÜNAS

 

EKVİTA Baş Hüquqşünas axtarışındadır! 

Əsas Məsuliyyətlər

  • Kommersiya (biznes) hüququ ilə bağlı hüquqi təhlillər aparmaq, hüquqi risk və problemləri müəyyən etmək, müvafiq prosedurları araşdırmaq və uyğun praktiki həll yolları təklif etmək;
  • Hüququn müxtəlif sahələri üzrə praktikanı nəzərə almaqla hüquqi sənədləri ilkin versiyada hazırlamaq, yoxlamaq, danışıqlar aparmaq və yekunlaşdırmaq;
  • Müştəri sənədlərinin hüquqi siyasət və prosedurlar baxımından uyğunluğunu yoxlamaq.

Əsas keyfiyyətlər və təcrübə

  • Magistr təhsilinin olması üstünlükdür. İdeal namizədin xarici universitetlərdən magistr dərəcəsi ola bilər;
  • Hüquq şirkətində 3-5 il və ya alternativ olaraq müxtəlif fəaliyyət profilli şirkətdə 5 il korporativ idarəetmə üzrə təcrübə;
  • Məhkəmə təcrübəsi və vəkillik mütləqdir;
  • Dövlət idarələri ilə iş təcrübəsinə üstünlük veriləcək;
  • Rus dilində səlis danışmaq və yazmaq bacarığı.

Ünsiyyət bacarığı

  • Effektiv dinləyici – diqqətlə dinləmək və verilən bütün təlimatları anlamaq bacarığı;
  • Mükəmməl yazı və səlis şifahi ünsiyyət bacarıqları – fikri qısa, açıq və ardıcıl ifadə etmək bacarığı.

Analitik bacarıq

  • Güclü analitik bacarıqlar; istənilən əməliyyat zamanı hüquqi məsələləri və riskləri müəyyən etmək bacarığı;
  • Müstəqil qərar qəbul etmək bacarığı və təcrübəsi;
  • Müstəqil və ya minimum nəzarət ilə hərtərəfli tədqiqat aparmaq bacarığı.

Əsas bacarıq və səriştələr

  • Düzgün davranış qaydalarına sahib, iddialı, lakin real gözləntiləri olan şəxs;
  • Yüksək etik və peşəkar standartlar;
  • Gərgin son təslim tarixlərinin öhdəsindən gəlmək və zərurət olduqda çox çalışmaq;
  • Azərbaycan və Rus dillərini mükəmməl bilmək (yazılı və şifahi); İngilis dili biliyinin olması üstünlükdür;
  • Kompüterlə effektiv işləmə bacarığı;
  • Nəzarət olmadan işi planlaşdırmaq və təşkil etmək bacarığı;
  • Komanda ilə işləmək bacarığı, əməkdaşlara hörmət etməli və onları dəstəkləməli;
  • Minimum nəzarət ilə müştərilərlə birbaşa işləmək bacarığı.

Əmək haqqı və digər faydalar

  • Uyğun namizədə bacarıq və təcrübəsi əsasında rəqabətə davamlı əmək haqqı təklif ediləcək.
  • Nüfuzlu sığorta şirkətində tibbi sığorta ilə təmin ediləcək.
  • İllik hesabat vaxtından asılı olaraq bonuslar təklif oluna bilər (müzakirə ediləcək və razılaşdırılacaq).
  • Həm yerli, həm də xarici treyninq imkanları yaradılır.
  • Hüquq təhsilinin maliyyələşdirilməsinə kömək məqsədilə faizsiz uzunmüddətli kreditlər verilə bilər (müzakirə ediləcək və razılaşdırılacaq).

Son müraciət tarixi : 22.10.2021

İddialı şəxslər CV-lərini hr@ekvita.com email ünvanına “Baş Hüquqşünas” başlığı ilə göndərə bilər.

 
04 Okt, 2021