Xəbərlər
EKVİTA DÜNYA BANKI TƏRƏFİNDƏN MALİYYƏLƏŞDİRİLƏN LAYİHƏYƏ TƏLİMÇİLƏR AXTARIŞINDADIR!

Ekvita şirkəti hal-hazırda Dünya Bankı tərəfindən maliyyələşdirilən "Məşğulluğa Dəstək Layihəsi" üçün biznesin qurulması sahəsində təlimçilər axtarışındadır.
Vəzifə: Biznes təlimçisi
Vəzifə öhdəlikləri:
- Əvvəlcədən seçilərək və razılaşdırılaraq Azərbaycanın müxtəlif regionlarına səfər etmək və potensial sahibkarlara biznesin qurulması sahəsində təlimlər keçmək;
- Rəhbər təlimçi ilə birlikdə təlim modullarını müəyyənləşdirmək və təlim proqramlarının hazırlanması prosesində iştirak etmək;
- Təlim prosesini səmərəli şəkildə təşkil və idarə etmək;
- Təşkil olunan bütün təlimlərin səmərəliliyini mütəmadi olaraq monitorinq etmək və qiymətləndirmək;
- Təlimlərin nəticələri barədə hesabat hazırlamaq və rəhbər təlimçiyə təqdim etmək.
_______________________________________________________________________________________________________________________
Namizəd üçün tələblər:
- Azərbaycan dilindən səlis istifadə bacarığı;
- Biznes xidmətləri sahəsində təlimçi təcrübəsi;
- Kiçik və orta bizneslərə və ya sahibkarlara biznes xidmətlərinin göstərilməsi sahəsində təcrübə;
- Regionlara səyahət etməyə (əvvəlcədən razılaşdırılaraq) və orada təlimlərin keçirilməsinə uyğunlaşa bilmək;
- Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı.
Təlim qrafikləri əvvəlcədən razılaşdırılmış şəkildə olacaq. Beynəlxalq Əmək Təşkilatının “Öz Biznesinə Başla və Təkmilləşdir” təlim proqramlarını uğurla başa vurmuş müraciətçilərə üstünlük verilir.
Son müraciət tarixi : 01.10.2021
Tələblərə cavab verən namizədlərdən CV-lərini “ Biznes Təlimçisi” başlığı altında hr@ekvita.com e-poçt ünvanına göndərmələri xahiş olunur.
17 Sen, 2021