Xəbərlər
"MiniBoss Business School" proqramı çərçivəsində İlk Milli Çempionat






EKVİTA şirkətinin direktoru, İlqar Mehti "MiniBoss Business School" proqramı çərçivəsində Milli Çempionatda fəxri münsif kimi iştirak etmişdir.
MiniBoss Biznes Məktəbinin gənc startapçılardan ibarət 6 komandasının mübarizə apardığı Çempionatın qalibi isə “Bath Bombs” layihəsi ilə “FAF Creations” komandası seçilmişdir. Belə ki, əsas ideyası vannalar üçün xüsusi ekoloji və heç bir zərər verməyən maddələrdən müalicəvi hamam məhsullarının hazırlanması olan “FAF Creations” startapının məqsədi bu məhsulları tam ekoloji maddələrdən istifadə edərək yerli bazara təqdim etməkdir.
Qeyd edək ki, “MiniBoss Business School” proqramı çərçivəsində uşaqlara və yeniyetmələrə xüsusi tədris proqramı, metodologiyası səkkiz kursdan ibarət olan biznes ideyalarının inkişafı, liderlik, maliyyə savadlılığı, innovasiyalar nəzəriyyəsi və ən əsas praktiki məşqlər vasitəsilə bacarıqların artırılması istiqamətində təlimlər keçirilir.
16 İyn, 2021