EKVITA "ADA MƏKTƏBİ" TƏLƏBƏLƏRİNİ OFİSDƏ QONAQ ETDİ.

Ofisimizdə ADA məktəbindən gələn bir qrup tələbəni qonaq etməkdən məmnunluq duyuruq. EKVITA-nın təsisçisi və direktoru İlqar Mehti, onların professional inkişafı haqqında bir sıra maraqlı müzakirələr apardı.

Daha sonra tələbələr üçün ofis turu təşkil olundu, bu onlara komandamızı tanımağa və şirkət tərəfindən görülən işlərlə bağlı məlumat almağa imkan verdi. Ümid edirik ki, bu ziyarət onların şəxsi inkişafında mühüm rol oynayacaq və karyera seçimlərində kömək olacaq.

15 Mart, 2023