SAHİBKARLIĞIN İNKİŞAFI PROQRAMI

SAHİBKARLIĞIN İNKİŞAFI PROQRAMI

Sahibkarlığın İnkişafı Proqramı,BP və onun tərəfdaşları tərəfindən maliyyələşdirilən eyni zamanda  çoxsaylı dövlət və qeyri-dövlət qurumları tərəfindən dəstəklənən proqram olaraq Azərbaycanda,ümumi olaraq,iqtisadiyyatın bütün sahələrində  kiçik orta biznes subyektlərini  inkişaf etdirmək məqsədi daşıyır.
Əsas meyar, potensial inkişaf proqramını hazırlamaq və tətbiq etməklə  ölkə miqyasında sənaye sektorlarının  inkişafına dəstək verməkdir.

Ümumi məqsəd, sahibkarlığın inkişafı proqramının keyfiyyətini  təmin etmək və həyata keçirməklə ölkə miqyasında ümumi sahibkarlıq sferasının  təkmilləşməsini  stimullaşdırmaqdır.

Proqram, müxtəlif  sektorları əhatə edən proyektlər  vasitəsilə bazarda rəqabət qabiliyyətini artırmaq və beynəlxalq standartlara uyğun fəaliyyət göstərmək üçün müvafiq kvalifikasiyalara  yiyələnərək  potensial inkişafını stimullaşdırmağa kömək edir.

SİP(Sahibkarlığın İnkişafı Proqramı) bir sıra  siyasi yöndən  və digər maraqlı tərəflərə iqtisadiyyatın müvafiq sahələrində kiçik orta biznes subyektlərinin  strateji ehtiyaclarını müəyyənləşdirməkdə, uyğun potensial yaratmaq təşəbbüslərini inkişaf etdirməkdə və həyata keçirməkdə böyük rol oynamışdır.