Value Added Tax

Müddət: 16 saat;

Qiymət: Korporativ - 350 AZN (+18% ƏDV);

Fərdi – 300 AZN (ƏDV daxil).

Auditoriya: Əlavə dəyər vergisinin hesablanıb ödənilməsi qaydalarını daha dərindən öyrənmək istəyən sahibkarlar, mühasiblər, vergi menecerləri və ya vergi məsələlərinə cavabdeh  şəxslər.

Təlimin sonunda sertifikat.

 

Syllabus:

  • ƏDV-nin mahiyyəti;
  • ƏDV-nin ödəyiciləri;
  • ƏDV üzrə vergitutma obyekti;
  • ƏDV üzrə qeydiyyat;
  • ƏDV-nin dərəcəsi, ƏDV-dən azad olunan və "0" dərəcə ilə cəlb olunan əməliyyatlar;
  • Vergi tutulan əməliyyatın vaxtı;
  • Vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi;
  • Malların təqdim edildiyi, işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer;
  • ƏDV-nin qaytarılması və əvəzləşdirilməsi;
  • Qeyri-rezidentlərin vergiyə cəlb edilməsi;
  • Agent vasitəsilə həyata keçirilən əməliyyatlarda ƏDV-nin tətbiqi;
  • ƏDV-nin ödənilməsi və hesabatın təqdim edilməsi müddətləri;
  • Praktiki məşğələ.

Təlimçlər haqqında Qısa Məlumat

Fariz Yadigarov 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini “Vergilər və vergitutma” ixtisası üzrə bakalavr, 2006-cı ildə isə “Vergiqoyma” ixtisası üzrə magistr dərəcəsi ilə bitirmişdir. 2006-2012-ci illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetinin “Vergi və vergiqoyma” kafedrasında müəllim, 2008-2020-ci illər ərzində Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzində baş müəllim vəzifəsində çalışmışdır.

 

Əsas tədris istiqamətləri “Vergi qanunvericiliyi”, “Vergiləndirmənin nəzəri-metodoloji əsasları” və “Vergi inzibatçılığı” istiqamətləridir. Ümumilikdə vergitutma sahəsində 15 ilə yaxın pedoqoji təcrübəyə malikdir.

 

Fariz bəy, Azərbaycan Respublikası Prezidentinin 09.02.2019-cu il tarixli 942 nömrəli Sərəncamı ilə “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.

 

Hal-hazırda Fariz bəy EKVİTA şirkətində vergi məsələləri üzrə menecer vəzifəsində çalışır.

 

Müşfiq Əliyev 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr, 2001-ci ildə isə magistr dərəcəsi ilə bitirmişdir.

 

Müşfiq Əliyev Böyük Dördlük (Big 4) şirkətlərində 20 ilə yaxın çalışmış və 2019-cu ildə EKVİTA şirkətinə Partnyor olaraq qoşulmuşdur.

 
Telefon: (055) 203 65 15 I (012) 310 04 56 I Email: academy@ekvita.com