EKVİTA “SOSİAL SAHİBKARLIQ VƏ MƏŞĞULLUQ MƏRKƏZLƏRİ” LAYİHƏSİNİN MASALLIDAKI HESABAT YIĞINCAĞINDA İŞTİRAK ETMİŞDİR.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
Cari ilin noyabr ayının 28-də Masallıda “Əlil Sahibkarlar Təşkilatı” İB-nin təşkilatcılığı ilə “Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzləri” layihəsi çərçivəsində hesabat yığıncağı keçirilmişdir. “Əlil Sahibkarlar Təşkilatı”-nın tərəfdaşı kimi Ekvita şirkətinin partnyorları Müshfiq Əliyev və Fərid Baxşıyev tədbirdə iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan “Əlil Sahibkarlar Təşkilatı”nın İB-nin sədri Mirzə Vəliyev hesabat xarakterli çıxısında həm layihə çərçivəsində, həm də təmsil etdiyi qurumun fəaliyyəti barədə ətralı məlumat vermişdir. Tədbirdə rayon icra hakimiyyətinin, şəhər bələdiyyəsinin, KOBİA-nın, ƏƏSMN-nin nəzdində Dövlət Məşğulluq Agentliyinin və özəl sektorun nümayəndələri çıxış etmişdir.
Ekvita şirkətinin partnyoru Fərid Baxşıyev öz çıxışında Ekvita şirkəti ilə “Əlil Sahibkarlar Təşkilatı” arasında tərəfdaşlıq istiqəmətləri, bu əməkdaşlıq kontekstində birgə icra edilmiş və edilən layihələr barədə ətraflı məlumat vermişdir. Həmçinin, Fərid Baxşıyev “Əlil Sahibkarlar Təşkilatı”nın fəaliyyətinin sosial həssas vətəndaş qruplarının həm cəmiyyətə inteqrasiyasi və sosial inkluzivlik, həm də kiçik və orta biznesin ınkişafina dəstək verməklə qeyri-neft sektorunun inkişafı baxımından böyük önəm daşıdığını qeyd etmiş və təşkilata gələcək fəaliyyətində uğurlar arzulamışdır.