News

ŞƏHİD ÖVLADLARI ÜÇÜN “TOWN CAMP” SOSİAL LAYİHƏSİ

EKVİTA Sosial Xidmətlər Agentliyi və “Dassel” Uşaq İnkişaf Mərkəzinin əməkdaşlığı ilə həyata keçirilən şəhid övladları üçün “Town camp” adlı layihə çərçivəsində bir qrup azyaşlının bütün ehtiyaclarını qarşılayaraq layihəyə öz töhfəsini vermişdir.

6-13 yaşlı uşaqları əhatə edən layihə çərçivəsində uşaqlar üçün müxtəlif master-klasslar keçirilir. Eləcə də onlar üçün xarici dil kurslarında iştirak edərək öz dil biliklərini inkişaf etdirmək, danışıq qabiliyyətlərini təkmilləşdirmək imkanı yaradılıb. Uşaqlar üçün Bakının görməli yerlərinə ekskursiyalar da təşkil olunur. Məqsəd uşaqların asudə vaxtının səmərəli təşkili, onların fərdi və sosial inkişafına dəstək olmaqdır.

“Town camp” layihəsi beynəlxalq sferada uşaqlar üçün nəzərdə tutulmuş layihədir və ölkəmizdə ilk dəfədir təşkil olunur. Layihənin 50-dən çox şəhid övladını əhatə etməsi nəzərdə tutulub.

10 Sep, 2021