Prezidentin Fərmanı ilə bir sıra institusional islahatlar həyata keçirilmişdir.

04 November 2019

Azərbaycan Respublikasının Prezidentinin 23 oktyabr 2019-cu il tarixli Fərmanı ilə ("Fərman") bəzi mühüm institusional dəyişikliklər həyata keçirilmişdir. Belə ki, Fərmana uyğun olaraq, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi dövlət xidməti qurumlarına çevrilərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir.

Bundan əlavə, AR Prezidentinin digər Sərəncamlarına əsasən aşağıdakı vəzifə dəyişiklikləri həyata keçirilmişdir:

1.  Mikayıl Çingiz oğlu Cabbarov AR Vergilər Naziri vəzifəsindən azad edilərək, AR İqtisadiyyat Naziri vəzifəsinə təyin edilmişdir (22 oktyabr 2019-cu il tarixli Sərəncamlara əsasən);

2.  Şahin Abdulla oğlu Mustafayev AR İqtisadiyyat Naziri vəzifəsindən azad edilərək, AR Baş Nazirinin müavini təyin edilmişdir (23 oktyabr 2019-cu il tarixli Sərəncamlara əsasən);

3.  Ramiz Ənvər oğlu Mehdiyev AR Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilərək, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsində təsdiq edilmişdir (23 oktyabr 2019-cu il tarixli Sərəncamlara əsasən);

4. Elnur Şahbaz oğlu Rzayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir (31 oktyabr 2019-cu il tarixli Sərəncama əsasən);

5. Anar Aqil oğlu Tağıyev Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilmişdir (31 oktyabr 2019-cu il tarixli Sərəncama əsasən);

6. Samir Rafiq oğlu Nuriyev AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edilərək, AR Prezidentinin Administrasiyasının rəhbəri təyin edilmişdir (1 noyabr 2019-cu il tarixli Sərəncamlara əsasən).