Azərbaycan Respublikası Vergi Məcəlləsinə dəyişikliklər

29 December 2019

Azərbaycan Respublikası Vergi Məcəlləsinə dəyişikliklər

      Azərbaycan Respublikası Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında Azərcayban Respublikasının 29 noyabr 2019-cu il tarixli Qanunu 28 dekabr 2019-cu il tarixində dərc olunmuşdur və qüvvəyə minmişdir.

     Bu qanun Azərbaycan Respublikası Vergi Məcəlləsinin 75 maddəsinə dəyişiklik edir və 1 yanvar 2020-ci il tarixindən qüvvəyə minir.

     Biz Vergi Məcəlləsinə (VM) edilmiş mühüm dəyişiklikləri nəzərinizə çatdırmaq istəyirik:

  • ƏDV üzrə vergi tutulan əməliyyatın vaxtı artıq hesablama metodu deyil kassa metodu tətbiq ediləcəkdir. Belə ki, ƏDV məqsədlrəri üçün pul əməliyyatların vaxtı müvafiq ödəmənin aparıldığı, qeyri-pul əməliyyatlarında (natura, barter və sair) isə əməliyyatın baş verdiyi an hesab ediləcəkdir;
  • Qeyri Rezidentlərin ƏDV-yə cəlb edilməsi ilə bağlı vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt hesab ediləcək.
  • Elektron vergi hesab fakturalar ləğv ediləcək və əməliyyatların növündən asılı olaraq verilməsi nəzərdə tutulan elektron qaimə fakturaları tətbiq ediləcəkdir;
  • Vergi Məcəlləsinə “yalan əqd”, “yalan əqd üzrə benefisiar”, “riskli vergi ödəyicisi”, “transmilli şirkətlər qrupu” kimi yeni anlayışlar daxil edilmişdir
  • Yalan əqd – qanunsuz yolla mənfəət əldə edərək, bu yolları pərdələmək məqsədilə bağlanan əqdlərə deyilir.
  • Bu cür əqdləri yalan əqd üzrə benefisiarlar, yəni bu əqdlərdən faktiki gəliri əldə edən şəxslər bağlayır.
  • Yalan əqdlər üzrə rəsmiləşdirilən sənədlər verginin əvəzləşdirilməsinə yol verməyəcək.
  • Yalan əqdlər çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilməyəcək və təqdim edilən malların dəyəri qanunvericilyə uyğun olaraq gəlirdən çıxarılacaq;
  • Riskli vergi ödəyicisi – qanunvericiliklə nəzərdə tutulmuş meyarlara uyğun olan və barəsində icra hakimiyyətinin qərərı olan vergidən yayınan vergi ödəyicilərinə deyilir.  
  • Transmilli şirkətlər qrupu - müxtlif ölkələrdə rezident olan şirkət və ya bir ölkədə rezident olan və başqa ölkədə daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən şirkətin daxil olduğu və 2 və daha çox şirkətdən ibarət olan şirkətlər qrupu.
  • Məlumat mübadiləsi məqsədləri üçün transmilli şirkətlər qrupunun maliyyə ilində məcmu gəliri 750 milyon avrodan çox olduqda, bu qrupa daxil olan və Azərbaycan Respublikası rezidenti olan şirkətlər vergi orqanına müvafiq hesabat təqdim etmək öhdəliyi yaranacaq.
  • Aşağıdakı meyarlara cavab verən vergi ödəyiciləri mərkəzləşdirilmiş qaydada uçota alınacaqlar:
  • Təbii inhisar subyektləri;
  • Xüsusi vergi rejimli müəssisələr;
  • İşçilərin orta siyahı sayı 251 və ondan yuxarı olan vergi ödəyiciləri;
  • Əsas vəsaitlərin orta illik qalıq dəyəri 5.000.000 manatdan yuxarı olan vergi ödəyiciləri.
  • Vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olan əməliyyatlar üzrə də gəlirlərin və xərclərin uçotunun ayrılıqda aparılması zəruri olacaqdır;
  • Sənaye və texnologiyalar parklarından gəlir əldə edən şəxslər üçün bir sıra güzəştlər və azadolmaların müddəti artırılır. Belə ki, bu parkların rezidentləri üçün müəyyən olunmuş mənfəət, gəlir, torpaq və əmlak vergiləri üzrə güzəştlərin tədbiqi 3 il atırılaraq, 10 il müddətinədək uzadılmışdır;
  • Vergiödəyicisi tərəfindən elektron qaimə-fakturasının təqdim edilməsi üçün müddətlər müəyyən edilmişdir:
  • Malların təqdim edilməsi – mallar göndərilən vaxt;
  • Əvvəlcədən sifarış edilməyən malların təqdim edilməsi – malların təhvili haqqında təsdiqedici sənədin verildiyi tarixdən 5 gün müddətində;
  • İşlərin görülməsi və xidmətlərin göstərilməsi – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində.
  • Xarici dövlətlərlə və beynəlxalq təşkilatlar ilə bağlanan Azərbaycan Respublikasının dövlətlərarası və hökumətlər arası müqavilələrində nəzərdə tutulduğu hallarda Azərbaycan Respublikasının vergi orqanları və digər dövlətin vergi orqanları Azərbaycanda və ya həmin digər dövlətdə fəaliyyət göstərən vergi ödəyicisində birgə vergi yoxlamaları apara bilərlər.
  • Vergi orqanında uçotda olmayan fiziki şəxslərdən mallar alındıqda bu malların alışı tarixindən 5 gündən gec olmayaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilən formada elektron alış aktı tərtib edilməlidir. Elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda malın alışını təsdiq edən sənəd hesab ediləcək. Elektron alış aktı - malların alınması ilə bağlı təsdiqləyici sənəd rolunu daşıyır.
  • Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər artıq sadələşdirilmiş vergi ödəyiciləri hesab edilməyəcəklər. Onlar mənfəət vergisi və əlavə dəyər vergisi ödəyiciləri olacaqlar;
  • Aşağıda qeyd edilənlər sadələşdirilmiş vergidən azad olacaqlar:
  • Gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200,000 manatadək olan rezident müəssisənin təsisçisi və yaxud səhmdarları olan şəxslərə ödənilən dividendlər;
  • Azı 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrini təqdim edən fiziki şəxslər;
  • Dövlət Büdcəsinə olan vergi borclarının silinməsindən əldə olunan gəlir;
  • Müvafiq qaydada Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilən ixrac təşviqi;
  • “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycn Respublikası Qanununa əsasən fiziki və hüquqi şəxslərə ödənilən kompensasiya;
  • Xüsusi mülkiyyətində olan yaşayış sahəsinin 30 kvadrametrını təqdim edən fiziki şəxslər;
  • Hədiyyə, maddi yardım və vergi ödəyicisinin ailə üzvlərindən aldığı mirasın tam dəyəri;
  • Ər və arvad arasında verilmiş və ya keçmiş ər-arvad arasında boşanma prosesində verilmiş aktivlər;
  • Kənd təsərrufatı məhsullarının satışından əldə edilən gəlir- 2014-cü il yanvar ayının 1-dən etibarən 10 il müddətinə.
  • Emala məruz qalan heyvan əti istisna olmaqla, heyvan və quş ətinin və heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə 2020-ci ilin yanvarın 1-i tarixindən etibarən 4 il müddətinə ƏDV tutulmayacaqdır;
  • Konyak və konyak materialları istisna olmaqla bütün alkoqollu içkilər, tütün məhsulları və energetik içkilər üzrə aksiz dərəcələri artırılmışdır.